Maraqlı

Təbii otaq ətirlərinin hazırlanması

25 Mart 2021 23:50
Baxış: 2 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzən evlərimizdə xoş olmayan pis qoxular ola blər. Bu qoxulardan təbii məhsullardan yararlanaraq qurtula bilərik. Bununla həm də kimyəvi məhsullardan uzaq olaraq sağlığımızı da qorumuş olarıq. Evinizdə xoş bir qoxu olsun istəməzmisiniz? Budur sizə5 təbii otaq ətri hazırlanmasını təqdim edirik...

Portağal sevənlərə: Portağal, darçın və mixəkli otaq ətri

1 portağal, 2 darçın çubuğu, yarım yemək qaşığı mixək

Limon və vanillı otaq ətri

2 limon, 1 çay qaşığı vanil

Kəklik otu, nanə və vanilli otaq ətri

5  kəklik otu, yarım qaşıq nanə, 1 çay qaşığı vanil

Portağal və zəncəfilli otaq ətri

1 limon, 1 qaşıq zəncəfil

Dəfnə və cevizli otaq ətri

3 dəfnə yarpağı, 1 ədəd bütöv ceviz (muskat).

Seçdiyiniz hər hansı bir qarışımı bir qaba qoyub üzərinə 2 barmaq su cıxana qədər su ilə doldurub soyuducuda dondurun. Daha sonra lazım olduğu vaxtlarda istifadə etmək üçün qaz plitəsinin üzərində qaynadın və yaxud da xüsusi otaq parfümləri qablarında, altı şamla olan xüsusi qablarda istifadə edə bilərsiz.

Parfüm suyunuz nə qədər çox isinərsə, qoxu bir o qədər də çox otağa yayılacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.