Daimler AG konserni iki müstəqil şirkətə bölünür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alman Daimler AG konsernini iri miqyaslı dəyişikliklər gözləyir: konsernin rəhbərliyi onu iki müstəqil şirkətə - "sərnişin" Mercedes-Benz Cars & Vans və "yük" Daimler Trucks & Buses şirkətlərinə bölməyə qərar verib.
Daimler AG konsernin Müşahidə Şurası və İdarə Heyəti, korporativ strukturda əsaslı dəyişiklik ediləcəyini açıqlayıb. Biznesin səmərəliliyinin artırılması çərçivəsində konsernin iki müstəqil şirkətə bölünməsinə və yenidən adlandırılmasına qərar verilib: Mercedes-Benz Cars & Vans şirkəti avtomobillər və mikroavtobuslar, Daimler Trucks & Buses isə yük maşınları və avtobuslar istehsal edəcəkdir. Yenidənqurma ilə bağlı bütün rəsmiyyətlər üçüncü rübdə razılaşdırılmalı və təsdiqlənməlidir. Daimler rəhbərliyi, müstəqil idarəetmənin şirkətlərin daha sürətli qərar qəbul etməsinə, daha da çevik və rəqabətçi istehsalçı olmasına kömək edəcəyinə inanır.
"Bu, Daimler üçün tarixi bir an və dərin bir dönüşümün başlanğıcıdır. Mercedes-Benz Cars & Vans və Daimler Trucks & Buses şirkətləri öz müştəri qrupları, texnoloji yolları və kapital ehtiyacları olan ayrı müəssisələrə çevrilirlər. Bölmələrimizin maliyyə və əməliyyat sabitliyinə əminik", - konsernin hazırkı rəhbəri Ola Kallenius bildirib. Kallenius ayrıldıqdan sonra "sərnişin" şirkətinə rəhbərlik edəcəkdir. "Yük" şirkətinin rəhbəri konsernin idarə heyətinin üzvü Martin Daum olacaqdır. Daimler Trucks & Buses şirkətinin nəzarət paketi konsernin hazırkı səhmdarları arasında bölüşdürüləcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Balın xarlaması onun saxta olması demək deyilmiş
-
Pəncərələri bu saatlarda silməyin: İz buraxmayan təmizlik üçün məsləhətlər
-
Avtomobil təkərləri niyə məhz qara rəngdədir?
-
Sözləri "silah" kimi istifadə edən 3 bürc
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
XƏBƏR LENTİ
-
Bakıda məişət texnikası mağazalarının "pulsuz quraşdırılma" vədi nə dərəcədə dürüstdür? - ARAŞDIRMA
-
Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
-
İnternetdə qumar təşkilinə görə cəzalar artırılır - 4 ilədək həbs ola bilər
-
Prezident İlham Əliyev İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
-
ABB-dən qəribə qərar: "m10"-a pul köçürmələrinə məhudiyyət qoyuldu
-
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
-
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
-
ADY: Bakı-Tbilisi reysində biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır
-
"Ümid" filminin aktyoru vəfat etdi - (Foto)
-
Fuad Hüseynov həbs edildi
-
Bir imza sizi zərərə sala bilər: Qaraj alışı ilə bağlı xəbərdarlıq
-
Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır?
-
Sabah imtahan var
-
Gəncədə ağır qəza: 22 yaşlı moped sürücüsü həyatını itirdi
-
Mirabbas Xuduzadə saxlanıldı
-
Mundialın ən gərgin turu: 6 oyunla start verilir
-
Mask artıq trilyonçu deyil
-
60 günlük geri sayım: ABŞ-İran sazişinin görünməyən riskləri
-
Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş
-
Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib - (Foto)
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Balın xarlaması onun saxta olması demək deyilmiş
-
Pəncərələri bu saatlarda silməyin: İz buraxmayan təmizlik üçün məsləhətlər
-
Avtomobil təkərləri niyə məhz qara rəngdədir?





