Maraqlı

İntihar edənlərin beynindəki fərq açıqlanıb

6 Fevral 2021 08:38
Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xroniki depressiya beyindəki astrotsitlərin sayının kəskin azalması ilə əlaqəlidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Duqlas Universitetinin Psixi Sağlamlıq İnstitutunun kanadalı mütəxəssisləri bildirir.

Tədqiqatçılar intihar edən və depressiya diaqnozu qoyulan kişilərin beyin toxumasını zehni sağlam insanlardan alınan nümunələrlə müqayisə etdikdən sonra bu nəticəyə gəliblər.

Araşdırma müəllifləri bu dəyişikliklərin beynin pozulmasına və depressiv simptomların ortaya çıxmasına səbəb ola biləcəyini etiraf etsələr də, bunun astrositlərin hansı funksiyaları ilə əlaqəli olduğunu və bu hüceyrələrin sayının necə artırılacağını hələ öyrənə bilməyiblər.

Bununla belə, elm adamları nikbin düşüncədədirlər: neyronlardan fərqli olaraq, astrositlər yetkin insanlarda belə çox sayda əmələ gələ bilir. Buna görə də, onların saylarının azalmasının səbəbi tapılsa və düzəltmək üçün bir yol tapılsa, xroniki depressiyalı bir çox insana kömək etmək mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.