Maraqlı

Okeanın dərinliklərində elmə məlum olmayan yeni yırtıcılar kəşf olundu - FOTO

20 Yanvar 2021 15:23
Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliya alimləri, okeanın dərinliklərində əvvəllər elmə məlum olmayan yırtıcı süngər növlərini kəşf ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Yeni orqanizmlər - "Nullarbora heptaxia", "Abyssocladia oxyasters" və "Lycopodina hystrix" Böyük Avstraliya Körfəzinin müəyyən bölgəsində yaşayırlar.

Üç yeni növ üç yeni nəsil meydana gətirir. Onlar 163 metrdən üç min metrə qədər dərinliklərdə yaşayırlar.

Bunlar Cənubi Avstraliyada tapılan ilk yırtıcı süngərlərdir.

Süngərlər - dəniz suyunu filtrasiya edərək qida əldə edən çoxhüceyrəli heyvanlardır. Onların sinir, həzm və qan dövranı sistemi yoxdur. Bununla belə, bəzi yırtıcı süngərlər ov üçün xüsusi ov mexanizmlərindən istifadə edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.