Maraqlı

“WhatsApp” messenceri yeni funksiyalar əldə edib

5 Dekabr 2020 19:40
Baxış: 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" messencerinin yeni versiyasında stikerlər üzrə axtarış və çatın arxa fonunu dəyişdirmək imkanı əlçatan olub. Yenilik haqqında xidmətin rəsmi "YouTube" kanalında məlumat verilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, indi istifadəçi qrup və şəxsi çatlar üçün fon təsvirini tənzimləyə bilər. Həmçinin istifadəçi arxa fona öz şəklini quraşdıra bilər.

"WhatsApp"ın yeni versiyasında stikerlər üzrə axtarış funksiyası istifadəyə verilib. Həmçinin populyar stikerlər kateqoriyasına baxmaq olar. Bundan əvvəl lazımi stikeri uzun siyahıdan axtarmaq lazım idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.