Maraqlı

“Huawei” şirkətinin smartfon biznesi satıla bilər

20 Oktyabr 2020 22:10
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei Technologies" korporasiyası "Digital China Group" və digər şirkətlərlə "Honor" smartfon biznesinin satılması ilə bağlı danışıqlar aparır. Bu barədə "Reuters" informasiya agentliyinin mənbələrə istinadən məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, nəzərdə tutulan sövdələşmənin təxmini dəyəri 15-25 milyard yuan (2,2-3,7 milyard dollar) təşkil edir. Bu addımın "Honor" brendinin ilk növbədə gənc auditoriya və nisbətən ucuz qurğular üçün nəzərdə tutulmasına görə "Huawei" şirkətinin diqqəti premium sinifli smartfonlara yönəltməsi üçün atıldığı bildirilir.

Məlumata görə, satılacaq aktivlərin dəqiq siyahısı hələ müəyyənləşməsə də, ona "Honor" əmtəə markası, tədqiqat-konstruktor resursları, eləcə də təchizat zəncirinin idarəetməsi üzrə bölmənin daxil ediləcəyi gözlənilir.

"Digital China" şirkəti "Honor" smartfonlarının ən böyük distributorları qismində çıxış edir və brendin mümkün gələcək sahibi hesab edilir. Lakin yayılan digər məlumatlara görə, potensial alıcılar kimi "TCL" və "Xiaomi" şirkətləri də çıxış edir. Lakin danışıqlar gizli getdiyindən onlar bunu açıqlamaq istəmirlər.

Agentlik "Huawei", "TCL", "Digital China" və "Xiaomi" şirkətlərindən "Honor" brendinin mümkün satılmasına münasibət öyrənməyə çalışsa da, onlar məsələni şərh etməkdən imtina ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.