Maraqlı

Tesla-ya kiberhücumda günahlandırılan hakerin məhkəməsi keçirildi

29 Sentyabr 2020 22:10
Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tesla-ya kiberhücumda günahlandırılan rusiyalı hakerin məhkəməsi keçirilib.

Məhkəmədə Rusiya vətəndaşı Yegor Kryuçkov Elon Musk-ın Tesla şirkətinə qarşı edilən kiberhücum iddiasını qəbul etməyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, məhkəmə iclası dekabrın 1-nə təyin edilib. O vaxta qədər isə Rusiya vətəndaşı həbsdə qalacaq.

ABŞ kəşfiyyat agentləri iddia edir ki, Kryuçkov Tesla-nın işçilərindən birinə daxili kompüter şəbəkəsinə zərərli proqram daxil etməkdə kömək göstərmək üçün rüşvət vermək istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.