Maraqlı

ABŞ ordusu baza təhlükəsizliyi üçün robot itləri test edir

10 Sentyabr 2020 21:20
Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Hərbi Hava Qüvvələri ordunun baza təhlükəsizliyini təmin etmək məqsədilə robot itləri sınaqdan keçirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu, ordunun ayrı-ayrı qüvvələri arasında data toplama və paylaşmağı təmin edən sistemin qurulması üçündür.

Test zamanı 4G, 5G texnologiyaları, bulud sistemləri, süni intellekt və digər imkanlardan istifadə olunub. 60 komandanın qatıldığı test 70 fərqli bölgədə icra edilib. "Vision 60" adlı robotlar kəşfiyyat, xəritələmə və digər vəzifələri icra ediblər. Texnologiyanın data mübadiləsi baxımından xeyli sürətli olduğu aşkarlanıb.

Qeyd edək ki, Pentaqon bu sistemin inkişafı üçün 5 il ərzində 3,3 milyard dollar xərcləməyi düşünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.