Maraqlı

Realme 7i-nin dizayn və funksiyaları bəlli oldu

10 Sentyabr 2020 22:45
Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi-nin Realme 7i modelinin dizayn və funksiyaları bəlli olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, model dizayn baxımından Realme 7 ilə çox oxşardır. Əsas fərq isə cihazın prosessorundadır.

Realme 7i modelində Snapdragon 662 prosessoru yer alıb. Bu, 2.0 Ghz sürətində dördnüvəli  Cortex A73 və 1.18 GHz sürətində dörtnüvəli A53-dən güc alır.

Smartfonun RAM-ı 8GB, əsas yaddaş sahəsi isə 128GB-dır.

64 meqapiksel ana kameraya sahib modelin ön çəkim keyfiyyəti 16 meqapikseldir.

6,5 düym böyüklüyündə ekran 90 Hz yenilənmə sürətinə sahibdir.

Qeyd edək ki, Realme 7i-nin rəsmi olaraq sentyabrın 17-i təqdim olunacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.