Maraqlı

Passat-ın elektrik versiyası istehsal olunacaq

27 Avqust 2020 22:55
Baxış: 1 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci ildə istehsal xəttinə düşməsi planlaşdırılan yeni nəsil Volkswagen Passatın çoxdan gözlənilən radikal dəyişiklikləri reallaşacaq. 70-ci illərin əvvəllərindən başlayan sərgüzəştləri nəzərə alsaq, Volkswagen Passat avtomobil tarixində ən uğurlu brendlərdən biridir. Xüsusilə böyük sedan növünə nəzər yetirsək, bu müvəffəqiyyətin nə qədər fərqli olduğunu deyə bilərik.

Milli.Az ted.az-a istinadən bildirir ki, növbəti 2 il ərzində istifadəçilər Passat inqilabının şahidi olacaqlar.

Brend daxilində "Autocar" tərəfindən verilən məlumatlara uyğun olaraq, gündəmə gətirilən detallarda doqquzuncu nəsilə aid tam elektrik versiyasının daxil olacağını görürük. Əslində, bu, bir çox insan üçün sürpriz deyil. Brend elektrik gücün nümunəsi olaraq istehsal edilən ID. Passat keyfiyyətlərindəki Vizzion modelinin bazara çıxarılacağı gözlənilir. 2022-2023 illərdə Avropa bazarına təqdim ediləcəyi nəzərdə tutulan yeni Passatın bu modeli ilə keyfiyyətdə əsas fərqləri yaradan bir xəttin təyin ediləcəyi dəqiqdir. Yeni platformada hazırlanacaq model elektrik arxitekturasını Skoda Superb ilə bölüşəcək.

Nəzərinizə çatdıraq ki, Passat qərarı, eyni zamanda iki fərqli infrastruktur versiyasını təqdim edən Volkswagen strategiyasına son qoyacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.