Maraqlı

Körpü məşhur rok ifaçısının musiqisi ilə aralanacaq

23 Avqust 2020 19:15
Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kino" qrupunun yaradıcısı və lideri, sovet rok məktəbinin öncüllərindən olan Viktor Tsoyun ölümünün ildönümü münasibətilə Sankt-Peterburq şəhərində yerləşən Saray Körpüsü sənətçinin musiqisi sədaları altında aralanacaq.  

"İnterfaks" agentliyi bu barədə Sankt-Peterburqun mətbuat üzrə şəhər komitəsinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, körpünün aralanması yerli vaxtla 00:45-də baş verəcək.

Qeyd edək ki, Viktor Tsoy 15 avqust 1990-cı ildə, 28 yaşında avtomobil qəzasında həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.