Maraqlı

“Xiaomi Redmi Note 9 Onyx Black” smartfonu beynəlxalq bazarda satılacaq

15 Avqust 2020 08:59
Baxış: 1 293
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin "Xiaomi" şirkəti populyar "Redmi Note 9" smartfonunu yeni rəng çalarında təqdim edib. Belə ki, "Onyx Black" adlı modifikasiya beynəlxalq bazarda təklif olunacaq.   

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Xiaomi Redmi Note 9" bu ilin aprelində nümayiş olunub. O, "MediaTek Helio G85" prosessoru, "Full HD plus" (2340 × 1080 piksel) təsvir ölçülü 6,53 düym diaqonallı ekran, 3/4 giqabaytlıq "LPPDDR4x" operativ yaddaş və 64/128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz olunub. Enerji 18 vatlıq sürətli enerjidoldurma funksiyasına malik 5020 milliamper/saat tutumlu akkumulyator batareyası tərəfindən təmin edilir.

Əvvəlcə smartfon üç - "Forest Green", "Midnight Grey" və "Polar White" rəng versiyasında təklif olunub. Bundan başqa, Hindistanda eksklüziv "Scarlet Red" (qırmızı) versiyası mövcuddur.

Yeni "Xiaomi Redmi Note 9 Onyx Black" modeli isə boz rəngli korpusla təchiz olunub. Bununla yanaşı, əsas kamera bloku qara rəngdədir. O, "Samsung GM1" sensorlu və f/1,79 diafraqmalı 48 meqapikselli modulu, f/2,2 diafraqmalı 8 meqapikselli enlibucaqlı modulu, 2 meqapikselli makromodulu və 2 meqapikselli dərinlik sensorunu birləşdirir.

Qeyd edək ki, "Xiaomi Redmi Note 9 Onyx Black" smartfonu beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəkləmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.