Maraqlı

Superqəhrəman olmaq istəyənlər, yaxın oturun: Uçmaq artıq xəyal deyil!

13 Avqust 2020 22:15
Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Marvel-in xəyali superqəhrəmanı Dəmir Adamda olduğu kimi, uçan geyim yaratmaq yeni xəyal deyil. Ancaq bu xəyal artıq həqiqətə çevrilməyə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, inanılmaz görünsə də uça bilən geyim texnologiyası artıq satışa çıxarılıb. Bildirilir ki, sözügedən texnologiyanın silsilə istehsalına da başlanılıb.

39 yaşlı Richard Browning Gravity adlı şirkət qurub və insanların geyərək uça biləcəkləri geyim istehsalı ilə məşğuldur.

Onu da qeyd edək ki, qiyafənin qiyməti fantastik dərəcədə çoxdur. Belə ki, uça bilən geyim əldə etmək üçün 40 min dollarınızdan keçməlisiniz.

Məhsulun hazırda yalnız əyləncə üçün nəzərdə tutulduğu deyilsə də, gələcəkdə hərbi məqsədlər və xilasetmədə istifadə ediləcəyi istisna olunmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.