Maraqlı

“Logitech Folio Touch” aksesuarı “iPad Pro” planşetini mininoutbuka çevirəcək

23 İyul 2020 08:35
Baxış: 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Logitech" şirkəti 11 düymlük "iPad Pro" planşet kompüterləri üçün yeni aksesuar - "Folio Touch" adlı çexol klaviatura nümayiş etdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni qurğu planşeti bir neçə iş rejiminə malik kiçik noutbuka çevirməyə imkan verir. Məsələn, qurğunu mətnlərin yığılması və ya multimedia materiallarına baxmaq üçün əlverişli baxış bucağında quraşdırmaq mümkündür. Bundan başqa, rəsm çəkilişi və elektron kitabların oxunması rejimləri nəzərdə tutulub.

Həmçinin "Logitech Crayon" rəqəmli qələmi üçün tutqac mövcuddur. Stilus təkcə basma gücünü dəstəkləmir, eyni zamanda əyilməni qeydə alır ki, onu da, məsələn, xəttin qalınlığının tənzimlənməsi üçün istifadə etmək olar.

Klaviatura enerji ilə bilavasitə planşet vasitəsilə təmin edildiyindən ona batareya quraşdırılmayıb. Daşınma zamanı aksesuar "iPad Pro" ekranını mümkün zədələnmələrdən qoruyur.

Ölçüsü 256 × 192 × 21 millimetrə, çəkisi 646 qrama bərabər "Folio Touch" qurğusu birinci və ikinci nəsil "iPad Pro" planşeti ilə uyğunluq təşkil edir. Düymlər parlaqlığı tənzimlənən işıqlandırma imkanına malikdir.

İyulun sonunadək satışa çıxarılacaq "Logitech Folio Touch" klaviaturasının təxmini qiyməti 160 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.