Dünya

Ölüb-ölməyəcəyini yoxlamaq üçün çoxlu burqer yedi, öldü - FOTO

28 Noyabr 2025 10:55
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Orenburq şəhərində yaşayan fitnes məşqçisi və sosial şəbəkə fenomeni Dmitri Nuyanzin (Dmitrifit) sosial mediada həyata keçirdiyi sürətli çəkiartımı çelencindən sonra vəfat edib.

Milli.Az-ın məlumatına görə o gündə 10 min kilokaloridən artıq dəyəri olan fast food məhsulları qəbul edərək 25 kiloqram çəki almaq istəyirdi.

Məqsəd daha sonra kəskin arıqlama ilə izləyicilərə motivasiya vermək idi.

Çelencin son həftələrində Nuyanzin özünü narahat hiss etdiyini bildirib. O məşq proqramlarını ləğv edib və həkimə müraciət edəcəyini deyib. Bir neçə saat sonra isə evində yuxuda ikən həyatını itirib. Ölümün ürək fəaliyyətinin dayanması ilə bağlı olduğunu bildirir.

Onun son sosial media paylaşımında cips yeyərkən çəkdiyi görüntü yer alıb və çəkisinin yüz beş kilo olduğunu qeyd edib. Bu paylaşım izləyicilər tərəfindən növbəti mərhələ kimi qiymətləndirilib. Hadisənin açıqlanması isə sosial mediada geniş təsir doğurub.

Pərəstişkarlar onun riskli təcrübə apardığını xatırladaraq ehtiyatlı olmağı tövsiyə edən şərhlər yazıb. Bəziləri isə məşqçini peşəkar və qayğıkeş insan kimi yad edib.

Həkimlər gündə on min kilokalori həcmində fast food qəbulu ilə bağlı ciddi xəbərdarlıq edir. Bildirilir ki, bu miqdar sağlam yetkin insanın normal ehtiyacını bir neçə dəfə üstələyir. Belə qida tərkibi bədəndə şəkərin kəskin artmasına xolesterinin yüksəlməsinə təzyiqin qalxmasına və orqanizmin həddən artıq yüklənməsinə səbəb olur.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.