Hadisə

Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu - VİDEO

28 Noyabr 2025 12:02
Baxış: 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün saat 06 radələrində Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) istinadən xəbər verir ki, E.Abdullayev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi "VAZ" markalı avtomobillə, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən "KİA" markalı avtomobillə toqquşub.

Nəticədə A.Quliyev xəsarət alıb. Yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb. Faktla bağlı araşdırma aparılır.

Yol polisi hadisənin nasaz avtomobil tərəfindən törədildiyini bildirib.

"Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır", - sürücülərə müraciətdə qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.