Artıq 10 gündən çoxdur ki, ölkə ərazisində istilik verilsə də, Masazır qəsəbəsi Qurtuluş 93 sakinləri bundan mərhumdurlar.
Milli.Az xəbər verir ki, onların sözlərinə görə, ailə üzvlərindən soyuqdan xəstənənlər var.
"Kiminsə borcu varsa, mənim niyə istiliyim kəsilməlidir? Günahkar mən deyiləmsə, əziyyəti də mən çəkməməliyəm"- deyə sakinlər şikayət ediblər.
Məsələ ilə bağlı Mənzil Kommunal İstismarı Birliyindən bildirildi ki, texniki nasazlıqlar olduğu üçün əraziyə istilik verilə bilməyib:
"Ayın 1-nə qədər texniki xətaların aradan qaldırılaraq mənzillərə istilik verilməsi planlaşdırılır. Səbəblərdən digəri isə yaşayışda olan 100 faiz sakinin 60-70 faizi kommunal və istilik borcların ödəmir. Buna görə də gecikmələr olur".
Aysel Əkbər
Milli.Az





