İdman

Mbappe ən yaxşı oyunçu seçildi

28 Noyabr 2025 11:25
Baxış: 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.

Milli.Az-ın məlumatına görə, fransalı forvard "Olimpiakos"la 4:3 hesabı ilə yekunlaşan qarşılaşmada komandasının bütün qollarına imza ataraq oyunun əsas qəhrəmanı olub.

Mbappe bu görüşdə turnir tarixinin ən sürətli het-triklərindən birini reallaşdırıb.

O, beş turdan sonra vurduğu 9 qolla Çempionlar Liqasının bombardir yarışına liderlik edir.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.