"Uşaqlara “bir qurtum içki” icazəsi onların gələcəyini təhlükəyə atır" - MÜSAHİBƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir çox ailələrdə uşaqların 18 yaşı tamam olmadan spirtli içki içməsinə şərait yaradılır. Bu isə gələcəkdə həmin şəxslərin həm içkiyə aludə olmasına, həm də gənc yaşlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər".
Bunu neyropsixoloq Aytəkin Aslan Milli.Az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, bu yanaşma icazəverici valideynlik tərzindən qaynaqlanır.
- Ailələr nəyə görə uşaqlara belə vəziyyətlərdə şərait yaradır?
- Bəzi valideynlər uşağın içkiyə marağını "təhlükəsiz şəkildə nəzarətdə saxlamaq" üçün az miqdarda icazə verməyi doğru hesab edirlər. Bu yanaşma icazəverici valideynlik tərzindən qaynaqlanır. Yəni valideyn sərhəd qoymaqda çətinlik çəkir və "Mənim yanımda etsin, gizlətməsin" düşünür. Mentalitet səviyyəsində isə bu, uşağın erkən yaşda böyüklərin davranışlarını təqlid etməsinin təbii sayılması və ailə daxilində sərhədlərin aydın müəyyən edilməməsi ilə bağlıdır.
- Spirtli içki yeniyetmələrdə depressiya, aqressiya və davranış pozuntuları yarada bilərmi?
- Bəli. Elmi araşdırmalara görə, alkoqol yeniyetmə beynindəki emosional və impuls idarəedici mərkəzlərə, xüsusilə frontal pay və amigdala bölgələrinə təsir edir. Bu təsir nəticəsində depressiya, narahatlıq pozuntuları, aqressiya, əsəbilik, məsuliyyətsizlik və riskli davranışlar arta bilər. Yeniyetmələr alkoqolu tez-tez emosional gərginliyi azaltmaq vasitəsi kimi qəbul etdikləri üçün bu, zamanla asılılıq və psixoloji pozğunluqlara səbəb ola bilər.
- Valideyn spirtli içkiyə icazə verməklə övladına hansı yanlış mesajı ötürür?
- Valideynin "Bir qurtumdan nə olacaq?" və ya "Mənim yanımda iç, gizlətmə" kimi sözləri uşağa "Bu normal davranışdır" mesajını verir. Uşaq üçün içki artıq "qadağan olunmuş" deyil, "icazə verilən" bir davranışa çevrilir. Bu halda təhlükə siqnalları itir və içkiyə maraq artır. Tədqiqatlar göstərir ki, valideynin nəzarəti altında içki içən uşaqlar gələcəkdə alkoqol asılılığına daha meyilli olurlar.
- Uşaq buna "normaldır" kimi yanaşmağa başlayanda valideyn nə ilə üzləşə bilər?
- Uşaq içkini yetkinlik və azadlıq göstəricisi kimi görməyə başlayır. Bu isə ailə ilə emosional məsafənin artmasına, gizlətmə və yalan davranışına, məktəbdə motivasiya və performans itkisinə, davranış pozuntularına gətirib çıxara bilər. Belə hallarda valideyn çox vaxt vəziyyəti nəzarətdən çıxmış görür, amma əsas səbəb əvvəlcədən qoyulmuş yanlış sərhədlərdə olur.
- Uşaq spirtli içkiyə maraq göstərirsə, valideyn necə davranmalıdır? "İçkiyə yox" deməyi necə öyrətməlidir?
- Ən düzgün yol açıq və sakit ünsiyyətdir. Qadağa, qorxutma və ya utandırma uşağı gizliliyə sövq edir. Bu mərhələdə valideynin atmalı olduğu addımlar var:
Səbəbi anlamaq: "Səni maraqlandıran nədir: dadı, təsiri, dostlarınmı?"
Alkoqolun beyinə və emosiyalara təsirini sadə və aydın dillə izah etmək.
Öz məsuliyyətli davranışı ilə nümunə olmaq.
Dost təzyiqi zamanı "yox" deməyi və situasiyadan çıxma yollarını öyrətmək.
Belə olduqda uşaq öz qərarını məlumatlı və inamlı şəkildə verə bilər.
- Ailə daxilində hansı maarifləndirici addımlar atılmalıdır?
- Düzgün ailə qaydaları müəyyən edilməli, uşaqlarla alkoqol, dost təzyiqi və sağlam seçimlər barədə açıq söhbətlər aparılmalıdır. Uşaqları idman, incəsənət və könüllülük fəaliyyətlərinə cəlb etmək onların enerjisini sağlam istiqamətə yönəldir. Uşaq valideynin dediyini deyil, etdiyini öyrənir, ona görə valideynlər də davranışlarına diqqət etməlidirlər. Tədqiqatlar göstərir ki, isti, qayğıkeş və sərhədləri olan valideynlik tərzi uşağı alkoqol və digər riskli davranışlardan qoruyan ən güclü amildir.
- Uşağın içkiyə meyilli olmasının arxasında hansı səbəblər dayanır?
- Bu meyllərin kökündə çox vaxt emosional ehtiyacların qarşılanmaması və ya travmatik təcrübələr dayanır. Araşdırmalara görə, uşaqlıqda zorakılıq, itki, laqeydlik və ya stress yaşayan yeniyetmələrdə, ailə daxilində ünsiyyət zəif olduqda, dost təsirinə açıq və təsdiq gözləyən uşaqlarda spirtli içkiyə maraq daha yüksək olur. Sosial baxımdan isə içki çox vaxt "böyüklük simvolu" və "qrupa aid olma vasitəsi" kimi qəbul edilir. Düzgün emosional və sosial yönləndirmə olmadıqda bu, psixoloji boşluğun kompensasiyası kimi çıxış edir.
- Son olaraq nə demək istəyirsiniz?
- Spirtli içki uşaqlar və yeniyetmələr üçün sadəcə "bir içki" deyil. Beyin inkişafını, emosional tənzimləməni və qərarvermə qabiliyyətini poza biləcək ciddi risk faktorudur. Valideynlər isə bu prosesdə ən güclü qoruyucu amildir. Aydın sərhədlər, sevgi ilə müşahidə olunan nəzarət və düzgün ünsiyyət uşağın sağlam və məsuliyyətli böyüməsinə şərait yaradır.
Mina Mikayılova
Milli.az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
Fernando Muslera karyerasını bitirir
-
Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti - (Video)
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto/Video)





