İranın Behabad bölgəsində ard-arda üç zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, gecə saatlarında Yəzd vilayətinin mərkəzindən təxminən 200 km məsafədə yerləşən Behabad ərazisində 4.9, 5.1 və 3.2 bal gücündə üç təkan qeydə alınıb.
Yəzd vilayəti Fövqəladə Hallar İdarəsinin rəhbəri Bala Qatfinin sözlərinə görə, ilkin məlumatlar zəlzələlər zamanı dağıntılar və insan itkisinin olmadığını göstərib.
Milli.Az





