Maraqlı

Galaxy S20 Fan Edition (S20 Lite) modelinin özəllikləri

21 İyul 2020 08:46
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ice Universe ləqəbli məşhur çinli insayder Galaxy S20 Fan Edition (Galaxy S20 Lite) smartfon modelinin texniki özəllikləri və təqdimat tarixi barəsində məlumatlar verib. Onun sözlərinə əsasən Galaxy S20 Fan Edition modeli Snapdragon 865 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 120 Hz tezlikli təsvir yenilənməsinə sahib AMOLED ekranla təchiz olunacaq və ekranın üzərində ön kamera üçün nəzərdə tutulmuş 3.3 mm diametrli dairəvi çıxıntı hissə yerləşəcək.

Smartfon həm də IP68 standartına uyğun olaraq sudan və tozdan qorunmaq özəlliyini özündə birləşdirəcək. Əvvəlki məlumat sızıntılarına əsasən Galaxy S20 Fan Edition modeli minimum 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq və One UI 2.5 istifadəçi interfeysinə sahib olacaq. Əgər həç bir dəyişiklik olmasa smartfon bu ilin dördüncü rübündə təqdim olunacaq. Galaxy S20 Fan Edition-un qiymətinə gəldikdə isə o dəqiq şəkildə 1000$-dan aşağı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.