Maraqlı

Youtube tətbiqində 15 saniyəlik videoların çəkilişi test olunur

30 İyun 2020 08:05
Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Youtube videoservisi öz mobil tətbiqi vaitəsilə 15 saniyəlik videoların çəkilməsi funksiyasını test etməyə başlayıb. Bu barədə 9to5google saytı xəbər verib. Yeni funksiya sayəsində 15 saniyəlik xronometraja sahib bir neçə videonu bir tam videoya da çevirmək olar. Daha uzun xronometraja sahib videoları smartfondakı Gallery bölməsindən yükləmək lazım gələcək. Adi Stories-dən fərqli olaraq Youtube-da olacaq bu 15 saniyəlik videolar digər adi Youtube videoları kimi əks olunacaqlar.

Bu funksiyanı işə salacaq düymə Android və iOS üçün olan Youtube tətbiqinin bir sıra istifadəçiləri üçün istifadəyə veriləcək. Bu cür funksiyanın Youtube-da reallaşdırılması TikTok-un məşhurlaşması ilə əlaqəli ola bilər. Belə ki, TikTok-un məşhurlaşması fonunda videoervis cavan istifadəçi kütləsinə özünə cəlb etmək istəyir. Hələ bu ilin aprel ayında məlumat ortaya çıxmışdı ki, Youtube servisi TikTok-a rəqib olacaq Shorts adlı qısa videolar servisi üzərində çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.