Maraqlı

“Sony” 2,4 milyon dollar cərimələnib

13 İyun 2020 07:11
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Sony" korporasiyasının Avstraliya bölməsi istehlakçı hüquqlarının pozulmasına görə cərimələnib. Belə ki, Avstraliya Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Komissiyası (The Australian Competition and Consumer Commission, ACCC) şirkəti "PlayStation" qurğuları üçün işləməyən oyunlara görə alıcılara pulu qaytarmaqdan imtina etməsinə görə 3,5 milyon Avstraliya dolları (2,4 milyon ABŞ dolları) məbləğində cərimələyib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, komissiyanın "Sony Interactive Entertainment Network Europe" şirkətinə qarşı iddiası 2019-cu ilin mayında dörd müştəriyə işləməyən "Sony" oyunlarının alışından və ya quraşdırılmasından 14 gün sonra onlara görə ödənilməli olan pulu geri qaytarmaqdan imtina edildikdən sonra qaldırılıb.

"Sony" şirkətinin hərəkəti düzgün deyil və Avstraliya istehlakçılarının müdafiəsi haqqında qanuna uyğun olaraq onların qorunan hüquqlarını əks etdirmir", - "ACCC" nümayəndəsi Rod Sims qeyd edib.

Həmçinin məhkəmə "Sony" şirkətini digər insidentdə müştəriyə onlayn mağazada alış-veriş üçün pulu qaytarmaq əvəzinə, bonus təklif etməsini tənqid edib.

Tənzimləyici orqanın bəyanatında deyilir ki, "Sony Europe" qeyd olunan məsələlərə görə məsuliyyət daşımasını etiraf edərək məhkəmə xərclərini ödəyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.