Maraqlı

“Xiaomi Mi Router AX1800” marşrutlayıcısı “Wi-Fi 6” dəstəyinə malikdir

16 May 2020 07:41
0 Şərh     Baxış: 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Xiaomi" şirkəti "Mi Router AX1800" marşrutlayıcısını təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni qurğu "Wi-Fi 6" və ya "IEEE 802.11ax" standartı dəstəyinə malikdir. Həmçinin əvvəlki nəsil "Wi-Fi" standartları, o cümlədən "IEEE 802.11ac" dəstəklənir.

Router 2,4 və 5 QHs tezlik diapazonlarında işləyir. Konstruksiyada stabil dairəvi əhatəni təmin edən gizli antena modulunun mövcudluğu nəzərdə tutulub.

Qurğunun əsasını ayrıca "NPU" moduluna malik "Qualcomm APQ6000" prosessoru təşkil edir. Operativ yaddaş tutumu 256, quraşdırılmış yaddaş 128 meqabayta bərabərdir.

Bundan başqa, "OFDMA" (Orthogonal Frequency-Division Multiple Access) texnologiyası tətbiq edilib, eləcə də "MU-MIMO" (Multi-user MIMO) sistemi dəstəklənir.

Eyni anda 128 qurğuya xidmət göstərən marşrutlayıcı qüllə formalı qara korpusa malikdir.

Mayın 15-dən etibarən satışa çıxarılacaq "Xiaomi Mi Router AX1800" marşrutlayıcısının təxmini qiyməti 45 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.