Maraqlı

“Google Play” mağazasında yeni zərərli kampaniya aşkarlanıb

2 May 2020 07:41
0 Şərh     Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kasperski laboratoriyası" şirkətinin ekspertləri "Android" istifadəçilərinə "PhantomLance" adlı zərərli kampaniyanın mövcudluğu barədə xəbərdarlıq ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, "Google Play Store" mağazasında "PhantomLance" ilə əlaqədar və yeni troyanı gizlədən çoxlu zərərli proqram aşkarlanıb. Bundan başqa, "APKpure" saytında oxşar zərərli əlavələr üzə çıxıb.

Şirkət tədqiqatçılarının sözlərinə görə, oxşar troyan nümunəsi "Google Play Store" mağazasında aşkarlanıb. "PhantomLance" kampaniyasının məqsədi telefon zəngləri tarixçəsi, kontaktlar, "GPS" məlumatları, SMS bildirişləri kimi istifadəçi informasiyasının, eləcə də qurğunun modeli və əməliyyat sistemi barədə məlumatların oğurlanmasıdır.

Ekspertlər kampaniyanın arxasında "APT32" (digər adı OceanLotus) kibercinayətkar qruplaşmasının dayanmasından şübhələnirlər. Araşdırmalar zamanı qruplaşmanın əvvəlki kampaniyalarına və "macOS" üçün istifadə edilən bekdorlara bənzər kod fraqmentləri, eləcə də əvvəllər "Windows" istifadəçilərinə hücumlarla əlaqələndirilən infrastruktur hissələri aşkarlanıb.

Şirkət mütəxəssisləri tərəfindən "Google" şirkətinə aşkarlanan bütün zərərli proqramlar barədə məlumat verildikdən sonra onlar "Google Play Store" mağazasından ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.