Maraqlı

Rəqəmsal kameraların satışı iki dəfə azalıb - HESABAT

30 Aprel 2020 23:40
0 Şərh     Baxış: 1 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın kamera istehsal edən assosiasiyası CIPA nümayəndələri rəqəmsal kamera bazarının ötən illə müqayisədə "çökdüyünü" bildiriblər. Qeyd edək ki, CIPA assosiasiyası özündə Canon, Fujifilm, Nikon, Olympus, Panasonic, Ricoh, Sony və digər şirkətlərini birləşdirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda sözügedən şirkətin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bütün növ rəqəmsal kameraların satışı 1 milyon  251 min 2 ədəd, yəni 47,8% azalıb.

Dəyişdirilən linzaları olan kameralardan isə 276 min 356 ədəd satılıb ki, bu da əvvəlki ildəki göstəricinin 42,6%-dir.

Hesabatda aynalı və aynasız kameraların satışı da yer alıb. Birincisi 121 min 283 ədəd, ikincisi 155 min 73 ədəd satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.