Maraqlı

Batareyaların təkrar istifadə üçün emalının unikal üsulu hazırlanıb

25 Aprel 2020 08:15
0 Şərh     Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Perdyu Universitetinin alimləri yeni akkumulyatorların istehsalı üçün köhnə batareya elementlərinin sürətli emalı texnologiyasını hazırlayıblar. Mikrodalğalardan istifadəyə əsaslanan texnologiya bərpa olunan enerjini ətraf mühitə daha az ziyan vurmaqla saxlamağa və çevirməyə imkan verir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Purdue" adlandırılmış texnologiya müasir litium-ion batareyalarının tərkibinə daxil olan polietilen tereftalatın emalını nəzərdə tutur. Bunun üçün material çox sürətli mikrodalğalı şüanın təsirinə məruz qalır.

Perdyu Universitetinin kimya mühəndisliyi kafedrasının dosenti Vilas Pol deyib ki, onların metodu bəşəriyyətin bərpa olunan enerjinin çevrilməsinə və saxlanmasına artan ehtiyaclarının öhdəsindən gəlməyə kömək edir və enerji resurslarının məhdudluğu problemini həll edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.