Maraqlı

Dərmanın koronavirusa təsir mexanizmi- Mütəxəssis RƏYİ

4 Aprel 2020 20:40
0 Şərh     Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanı təşvişə salan koronavirusun profilaktikası, müalicəsi ilə bağlı araşdırmalar davam edir. Daha effektiv dərmanlar əldə olunması üçün sınaqlar keçirilir. Virusa qarşı təsirli dərman kimi "Favipiravir"in da adı çəkilir. Məlumatlara görə, Çində aparılan araşdırmalar bu dərmanın təsirli olduğunu sübut edib. Koronavirusun yayıldığı Uhanda həmin dərman sınaqdan keçirilərkən xəstəliyin nisbətən yüngül formalarında sağalma müddətinin daha tez başa çatdığı məlum olub.

Milli.Az e-tibb.az-a istinadən həmin dərman, onun təsir mexanizmləri barədə İstanbul Cərrahpaşa Universitetinin Bioaktiv maddələr sintezi üzrə doktorantı Fərid Əhmədovun  fikirlərini təqdim edir: 

"Favipiravir" (T-705), yeni virus RNT polimeraza inhibitorudur, kimyəvi adı (T-705 ) 6-flüoro -3-hidroksi-2-pirazin karboksiamiddir. "Favipiravir" virusun RNT polimerazasını seçici olaraq inhibə edən antivirus dərmanıdır.  "Favipiravir" hüceyrə fermentləri tərəfindən fosforlaşdırılaraq, aktiv formaya favipiravir-ribofuranosil-5-trifosfata (RTP) çevrilir. RNT polimeraza fermenti  favipiravir-RTP ilə purin nukleotidlərini ayırd edə  bilmir, bununla da virusun  aktivliyi zəifləyir. "Favipiravir" çox çeşidli qrip viruslarına  qarşı aktivdir. Buraya A (H1N1) pdm09, A (H5N1) həmçinin yaxınlarda ortaya çıxan A (H7N9) "quş  qripi" virusu da daxildir. Favipiravirin  klinik   müalicə məqsədi ilə dəyərləndirilməsinin 3-cü fazası Yaponiyada, 2-ci fazası isə ABŞ-da tamamlanıb.

"Favipiravir" qrip viruslarından başqa arenaviruslar da daxil olmaqla, bir çox müxtəlif RNT mənşəli  virusların çoxalmasının  qarşısını alır. Məsələn, hantavirus (Maporal, Dobrava, and Prospect Hill); flavivirus (yellow fever andWest Nile); enterovirus (polio- and rhinoviruses) alphavirus və sairə. Unikal fəaliyyət mexanizmi və geniş antiviral fəaliyyət sayəsində, "Favipiravir" qrip və müalicəsi olmayan bir çox  RNT  mənşəli  virus xəstəlikləri üçün  ümidverici bir dərman  olmağa namizəddir 

A)Favipiravir                           B) Purin

Yuxarıda iki kimyəvi birləşmənin  formulu  göstərilib. Bunlardan A. Favipiravirin  B. isə  Purinin formuludur. Purinlər (adenin və quanin) hüceyrənin genetik  materialı olan DNT-nin əsasını təşkil edir.  Covid-19 Virusu da  RNT əsaslı olduğuna görə onun da  təməlində adenin və quanin mühüm  rol oynayır. Virus öz RNT-sini yəni genetik materialını sintez etmək üçün  purin yerinə favipiravirdən istifadə edərək xəta edir.  Virus bu iki molekulu seçə  bilmədiyinə görə, RNT-sini sintez edərkən  favipiravirdən istifadə edib genetik çoxalmasının önünü alır. Beləcə virus hüceyrə içərisində çoxala bilmir,  dolayısıyla digər hüceyrələri yoluxdurmur...

RNT

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.