Maraqlı

“Microsoft Edge” brauzeri populyarlaşır

4 Aprel 2020 07:01
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"NetMarketShare" analitik resursu 2020-ci ilin martın sonuna müxtəlif brauzerlərin bazar payı haqqında statistik məlumatlar dərc edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, analitik şirkətin məlumatına görə, "Microsoft Edge" brauzeri (7,19% göstərici) ikinci yeri tutub. "Mozilla Firefox" (7,59%) üçüncü olub. 68,50% bazar payına malik "Google Chrome" əvvəlki kimi dəyişməz lider olaraq qalır.

Bir neçə il bundan əvvəl "Edge" brauzerinin "iOS" və "Android" mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün əlçatan olması ona öz aktiv auditoriyasını genişləndirməkdə kömək edib. Bundan başqa, "Microsoft" şirkəti çoxsaylı istifadəçilərin fikirləri əsasında öz brauzerini daima optimallaşdırır. Belə ki, bu yaxınlarda dünyada ən populyar brauzer "Edge"dən faydalı funksiyanı götürərək tətbiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.