Maraqlı

Milyarderlər bir gündə 238 milyard dollar itirdilər

11 Mart 2020 22:20
2 Şərh     Baxış: 1 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanı cənginə alan koronavirusun maliyyə bazarlarına vurduğu ziyan və ardınca neftin qiymətinin 30 dollardan aşağı enməsi milyarderlərin böyük sərvət itirməsinə səbəb olub.

Milli.Az xəbər verir ki, dünyanın ən varlı 500 şəxsi 1 gündə ümumilikdə 238,5 milyard dollar itirib.

Ən varlılar siyahısında birinci yerdə olan Ceff Bezosun sərvəti 5,6 milyard dollar azalıb və 112 milyard dollar olub. Onun sahibi olduğu "Amazon" şirkətinin hissə dəyərləri 5,29 faiz dəyər itirib.

"Microsoft" şirkəti isə 6,78 faiz dəyər itirib. Bu da şirkətin qurucusu Bill Qeytsin ümumi sərvətinin 5,12 milyard dollar azalmasına səbəb olub. Hazırda Qeytsin 106 milyard dollar sərvəti var.

"Bloomberg"in məlumatına görə, ən varlı 500 nəfərdən sadəcə 17 nəfərin sərvəti artıb. Bunların başında "Muyuan Foodstuff" qida şirkətinin çinli sahibi Qin Yinqlin gəlib. Onun sərvəti 536 milyon dollar artıb və 13,7 milyard dollara çatıb. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.