Maraqlı

Kiberhücumlar dünya şirkətlərinə nə qədər ziyan vurub?

12 Mart 2020 21:20
0 Şərh     Baxış: 568
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kiberhücum nəhəng şirkətlər üçün əsas risk faktorlarından biridir. İş adamlarının yarısından çoxu bu tip hücumların artacağını düşünürlər. Çünki aparılan araşdırmalar son illər onun sayında artım olduğunu göstərir.

Milli.Az ted.az-a istinadən bildirir ki, onların 39%-i kiberhücumları ən böyük təhlükə kimi görür. 2013-cü ildə isə bu göstərici 6% idi.

Həmin araşdırmaya görə, kiberhücum təhlükəsinə ən çox məruz qalan sahələr aviasiya, iqtisadiyyat, dövlət idarəetməsi, ictimai iaşə xidmətləri, texnologiya və telekommunikasiyadır.

Araşdırma zamanı o da məlum olub ki, 2 il sonra bütün dünyada kibertəhlükəsizliyin təmin olunması məqsədilə çəkilən xərclər 133 milyarddan çox olacaq. Bu günə qədər kiberhücumlar nəticəsində şirkətlərə dəyən ortalama zərər isə 1 trilyon dollardır. 2020-ci ilin sonunda bu göstəricinin 150 milyon da artacağı gözlənilir.

Statistikada bildirilib ki, Türkiyə kiberhücumların sayına görə, dünya üzrə 6-cı yerdə olsa da, bu nəticə ilə bütün Avropa ölkələrini qabaqlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.