Maraqlı

OnePlus 8 Lite smartfonu barəsində yeni xəbər var

10 Mart 2020 21:10
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OnePlus 8 smartfon seriyası təqribi olaraq aprel ayında təqdim olunacaq. İndi isə OnePlus 8 Lite smartfon modelinin təqribi təqdimat tarixi barəsində məlumat verilib. Bu barədə 91mobiles saytı xəbər verib. Məşhur hindistanlı insayder Ishan Agarwal-ın sözlərinə əsasən OnePlus 8 Lite smartfonu bu ilin iyul ayında təqdim olunacaq.

Bundan əlavə olaraq o qeyd edib ki, smartfon MediaTek Dimensity 1000 flaqman prosessor modeli ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, bu, Snapdragon 865 prosessorunun rəqibidir. Qeyd etmək lazımdır ki, Dimensity 1000 prosessoru 7 nanometrlik texnoloji proses əsasında hazırlanır və 4 ədəd Cortex-A77 performans nüvəsi, 4 ədəd Cortex-A55 enerji effektivliyi nüvəsi, 5G modem və Mali-G77 qrafik sürətləndirici ilə təchiz olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.