2019-cu ilin əvvəlində internetdə SpaceX'in yeni "Starship" gəmisinin görüntüsü yayılmışdır və bizə insanları Marsa aparacaq gəminin təsvirini təqdim etmişdi. Gəminin görüntüsü göz oxşayırdı ancaq uçuş üçün nəzərdə tutulmamışdır.
Milli.Az techland.az-a istinadən bildirir ki, Starship gəmisinin uçuş üçün nəzərdə tutulmuş ilk prototipi isə bu il istehsal olundu və ötən həftənin beşinci günü test edildi. Test, Texasda, Boca Chica'da baş tutub və təyziq testindən dərhal sonra partlayıb.
NASASpaceflight'ın verdiyi məlumata görə "SN1" adlandırılmış prototip "cryogenic pressure" testi zamanı tanklardan birinin maye nitrogenle doldurulması zamanı alışaraq partlayıb.
Şirkət testləri davam etdirəcəyini bildirib və növbəti ay baş tutacaq testdə prototipi 12.4 mi (20 km) yüksəkliyə qaldıracağını hədəfləyir.
Milli.Az