Maraqlı

Xiaomi Black Shark 3 - əsas özəlliklər

25 Fevral 2020 22:15
0 Şərh     Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi-nin Black Shark adlı gamer smartfon seriyasının yeni modeli olacaq Black Shark 3-ün təqdimatı artıq çox yaxındır. Smartfon Çinin 3C adlı nizamlayıcı agentliyində sertifikatlaşdırmadan keçib. Lakin smartfonun təqdimatına az müddət qalmış şirkət onun vacib özəlliyi barəsində məlumat verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, həmin özəllik isə qeyri adi şəkildə verilib. Bu barədə Mydrivers saytı xəbər verib. Belə ki, şirkət Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında istifadəçilər arasında sorğu keçirdib. Həmin sorğu çərçivəsində istifadəçilərə batareyaların həcmləri və onların şarj gücləri kombinasiyalarını özlərində birləşdirən dörd variantdan birini seçmək təklif edilib:

- 65 vatt gücündə şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya. 38 dəqiqəyə 100% enerji yığımı

- 55 vatt gücündə şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya. 40 dəqiqə ərzində 100% enerji yığımı

- 65 vatt gücündə şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya. 30 dəqiqəyə 100% enerji yığımı

- 55 vatt gücündə şarj texnologiyalı 4440 mAh enerji tutumlu batareya. 30 dəqiqəyə 100% enerji yığımı.

Sorğuya start veriləndən bir neçə saat sonra isə Black Shark seriyasının baş mühəndisi istifadəçilərə işarə verib ki, düzgün variant məhz birincisidir. Bu isə o deməkdir ki, çox güman ki, Black Shark 3 gamer smartfonu məhz 65 vatt gücündə şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Bundan əlavə olaraq son məlumatlara əsasən smartfon həmçinin 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran, Snapdragon 865 prosessoru və 12 GB RAM ilə də təchiz olunacaq. Smartfonun təqdimatı mart ayında baş tutacaq. Şirkət təqdimat tədbirinin dəqiq keçirilmə tarixi barəsində bir məlumat verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.