“Wi-Fi 6E” standartını dəstəkləyən ilk mobil prosessor təqdim edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Broadcom" şirkəti ilin əvvəlində "Wi-Fi Alliance" təşkilatının təqdim etdiyi yeni "Wi-Fi 6E" simsiz məlumat ötürmə standartını dəstəkləyən dünyanın ilk mobil çipinin buraxılışına başlayıb.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Wi-Fi 6E" və "Bluetooth 5" standartlarını dəstəkləyən "Broadcom BCM4389" adlı yeni çip smartfonlarda istifadə üçün nəzərdə tutulub. Şirkət nümayəndələrinin sözlərinə görə, prosessor buraxılış qabiliyyətini 5 dəfə artırır, məlumatların ötürülməsində yubanmanı 2 dəfə azaldır, enerjidən 5 dəfə az istifadə edir və "Bluetooth" vasitəsilə bağlantını iki dəfə sürətləndirir.
"Wi-Fi 6" vasitəsilə smartfonlarda faktiki məlumat ötürmə sürəti 400 Mbit/saniyə təşkil etdiyi halda yeni çip və "Wi-Fi 6E" standartı 2,1 Qbit/saniyə sürətində real məlumat ötürməni təmin etməyə imkan verəcək. Bu halda məlumatların ötürülməsi zamanı yubanma 2 milli saniyə təşkil edəcək.
Simsiz qulaqcıqların populyarlaşması ilə əlaqədar "Broadcom BCM4389" çipinə "Bluetooth 5" ilə yanaşı, "MIMO" radarı quraşdırılıb. İstehsalçı nümayəndələri qeyd edir ki, onun işə salınması zamanı "TWS" qulaqcıqlarının işində bütün nasazlıqlar aradan qaldırılır, eləcə də qurğuların "Bluetooth" vasitəsilə axtarış vaxtı xeyli azalır.
"Broadcom BCM4389" çipinin gələcək qabaqcıl smartfonlara quraşdırılacağı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
XƏBƏR LENTİ
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib





