Maraqlı

Yeni Poco gəlir

28 Yanvar 2020 22:15
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi şirkəti sonunda Poco brendinin yeni smartfon modelinin nə zaman təqdim olunacağını elan etdi. Beləliklə sözügedən brendin general menecerinin verdiyi məlumata əsasən Poco-nun yeni smartfon modeli gələn ay Hindistanda təqdim olunacaq. Bu barədə Gagadget saytı xəbər verib. Dəqiq təqdimat tarixi barəsində məlumat verilməsə də təqdimata yaxın həmin məlumat da veriləcək.

Gözləntilərə əsasən təqdimat tədbiri çərçivəsində Poco brendi Pocophone X2 adlı smartfonu təqdim edəcək. Son məlumata əsasən həmin smartfon keçən ay təqdim edilmiş Redmi K30 4G smartfon modelinin qlobal versiyası olacaq. Çox güman ki, smartfon Full HD+ keyfiyyətli 6.67 düym IPS LCD ekran, Snapdragon 730G, 4 arxa kamera modulu, ikili ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfonun Google Pay ödənişləri üçün NFC modul ilə də təchiz olunacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.