Maraqlı

Smartfonların ekranı üçün antimikrob örtüyü hazırlanıb

11 Yanvar 2020 08:01
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil qurğular üçün qoruyucu çexolların istehsalı üzrə ixtisaslaşmış ABŞ-ın "Otterbox" şirkəti smartfonlar üçün "Amplify Glass" adlı antibakterial örtük hazırlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, tədqiqatların nəticələri onu göstərir ki, istənilən cihaz və xüsusilə mobil smartfonlar mikrob və bakteriyalar "yuvasıdır". "Otterbox" şirkəti "Corning" şirkəti ilə birgə ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyində qeydə alınmış antimikrob texnologiyasını ("Amplify Glass") hazırlayıblar.

Şirkətin baş direktoru Cim Parki izah edib ki, "Amplify Glass bağırsaq çöpü və stafilokk daxil olmaqla bir neçə geniş yayılmış bakteriya ştammının çoxalmasının qarşısını alan patentlənmiş antimikrob texnologiyasından istifadə edir. Örtük qoruyucunun səthini müdafiə edir və bakteriyaların çoxalmasına imkan vermir".

Bundan başqa, "Amplify Glass" şüşəsi standart natrium-kalsium şüşələri ilə müqayisədə cızıqlara qarşı 5 dəfə daha davamlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.