Maraqlı

Alimlər toxunuşlara reaksiya verən süni dəri hazırlayıblar

11 Yanvar 2020 07:31
0 Şərh     Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər hidrogeldən toxunuşlara, istiliyə və başqa manipulyasiyalara reaksiya verən süni dəri hazırlayıblar. Material daşınan elektronika, yumşaq robot və başqa qurğuların hazırlanmasında tətbiq edilə bilər. Toronto Universitetinin alimlərinin hazırlaması "Materials Horizons" jurnalında dərc edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, alimlər tərəfindən hazırlanmış süni dərinin istehsalı ucuzdur, tamamilə biouyğundur və asanlıqla dartılır. Sonuncu xüsusiyyət onu əsl dəriyə bərkitməyə imkan verəcək.

Bundan əvvəl Münhen Texniki Universitetinin mühəndisləri toxunuşlara reaksiya verən sintetik dəri hazırlamışdılar. Onlar həmin materialın köməyi ilə bütün "bədəni" süni dəri ilə örtülmüş ilk humanoid robot hazırlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.