Maraqlı

Vivo-nun yeni inqilabi smartfonu fevralın 23-də təqdim olunacaq

31 Dekabr 2019 16:45
0 Şərh     Baxış: 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəqin ki, bu, kəsiklərsiz və deşiklərsiz Vivo APEX 2020 olacaq

Çin telefon istehsalçısı Vivo şirkətin 23 fevralda Barselona şəhərində keçiriləcək tədbirinə dəvətnamələr paylayıb. Bu tədbirdən 1 gün sonra isə MWC 2020 sərgisi açılacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, Vivo-nun Barselona Nautic Center-də keçirilən konfransında şirkət özünün ən yeni smartfonunu anons etməyə hazırlaşır, lakin bu barədə hələlik rəsmi məlumat yoxdur. Belə bir fərziyyə irəli sürülür ki, söhbət əyilən smartfon haqqında gedə bilər.

Bu ilin əvvəlində təqdim edilmiş və dünyanın ilk kəsiksiz və deşiksiz smartfonu olan Vivo APEX-i də unutmaq lazım deyil.

Fevral ayında baş tutacaq tədbirdə istehsalçı Vivo APEX 2020-nin yenidən işlənmiş kommersiya versiyasını nümayiş etdirəcək və məhsul bu yazda satışa çıxarılacaq.

Hər halda, Vivo son illərdə dəfələrlə bunu etdiyinə görə yenə də öz sevənlərini təəccübləndirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.