Maraqlı

“Ericsson” korrupsiya faktına görə 1,2 milyard dollar cərimələnəcək

21 Dekabr 2019 07:21
0 Şərh     Baxış: 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ədliyyə Nazirliyi İsveçin mobil rabitə avadanlıqları istehsalçısı "Ericsson" şirkətinin korrupsiya və dövlət məmurlarının ələ alınması faktına görə 1 milyard dollar ödəməyə razı olduğunu açıqlayıb. Rüşvət uzun illər ərzində Çin, Vyetnam və Cibutidə verilib. Bu qanun pozuntularına görə cərimənin ümumi məbləği 520 milyon dolları ötür. Şirkət tərəfindən daha 540 milyon dollar ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına ödəniləcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Ericsson" şirkəti 2000-2016-cı illərdə "Xaricdə korrupsiya ilə mübarizə" Qanununu (FCPA) pozduğunu etiraf edib.

Məlumata görə, biznesin qorunması və təhlükəsizliyi məqsədilə "Ericsson" şirkətinin əməkdaşları üçüncü şəxslər vasitəsilə dövlət məmurlarına rüşvət veriblər. Məmurların ələ alınması üçün fondlar xüsusi muzdlu məsləhətçilərin köməyi ilə formalaşdırılıb və oradan pullar vasitəçilərə ötürülüb.

Artıq şirkətin törəmə şirkətlərindən olan "Ericsson Egypt" Nyu-Yorkun Cənub dairəsində "FCPA" Qanununun müddəalarını pozduğunu etiraf edib. Təqsirin etiraf edilməsi əlavə sanksiyaların tətbiqini, o cümlədən lisenziyanın geri alınmasını nəzərdə tutur. Lakin "Ericsson" danışıqlar yolu ilə problemi həll edərək fəaliyyətini davam etdirəcəyinə ümid edir. Belə ki, şirkət ABŞ hakimiyyəti ilə əməkdaşlıq edərək 1,2 milyard dollar ödəməyə hazırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.