Maraqlı

Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində yer alıb

16 Dekabr 2019 09:47
Baxış: 2 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla da ölkəmiz Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri qabaqlayıb.

"U.S.News" jurnalında dərc olunan reytinq siyahısında ümumilikdə 80 ölkə yer alıb.

Ən güclü ölkələrin üçlüyünə ABŞ, Rusiya və Çin daxildir.

Həmçinin siyahıda Litva, Slovakiya, Sloveniya, Latviya, Estoniya ölkələri var.

Siyahı Ümumi Daxili Məhsul, əhalinin sayı, sosial rifah səviyyəsi parametrləri əsasında tərtib olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.