Üzərliksən, davasan… Evdə üzərlik yandırmağın FAYDASI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mifologiya və inanclarda üzərliyə olan inam onun bəd nəzərdən qoruması ilə bağlıdır. Bəlkə də buna görə az qala hər evdə bu bitkiyə rast gəlmək mümkündür, qara qüvvələri qovmaq və bəd nəzərdən sovuşmaq üçün çox vaxt onun gücünə bel bağlayırlar. Bitkinin yumru toxumları qırılır, bir qədər sarımsaq qabığı və duzla birlikdə ocaqda qızdırılmış dəmir parçasının üzərinə atılır. El arasında yayılan inama görə, üzərliyin tüstüsü, eləcə də ocaq üzərinə tökülən duzun yanması bəd nəzərin, kiməsə toxuna biləcək sədəmənin qarşısını alır. Əslində isə üzərlik yandıqca tərkibində olan maddələr insana xoş əhvali-ruhiyyə bəxş edir.
Milli.Az News24.az-a istinadən xəbər verir ki, orta əsr mənbələrində üzərliyin xassəcə isti və quru olduğu, bədəni isti saxladığı, yuxu gətirdiyi, bronxlardan bəlğəmi çıxardığı, bağırsaqlardakı qaz qovmağı və qanı durulaşdırdığı barədə məlumatlar var. Döş, mədə-bağırsaq, ürəkkeçmə və s. xəstəliklərin müalicəsində istifadə edilir.
Xalq təbabətində ondan geniş istifadə edilir. Toxumu əzilərək isti su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə nahiyələrinə qoyulması ağrını kəsir. Əzilmiş kütlənin sidik kisəsi üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb içilməsi sidik göynəməsini aradan qaldırır.
Toxumu sirkədə qaynadılandan sonra alınan maye ilə bədəni ovmaq xeyirlidir. Sidik yolları tutulanda üzərliyin şüyüd və aptek çobanyastığı ilə birlikdə dəmləməsi yaxşı nəticə verir.
Tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyin kətan toxumu və balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox xeyirlidir.
Üzərliyin kökündən hazırlanan dəmləmə sinir sisteminə sakitləşdirici təsir göstərir.
Üzərliyin qaynadılmış suyu saçı qaraldır, toxumunun dəmləməsi sidiyə çətin getməni asanlaşdırır, sulu dəmləməsi revmatizm xəstəliyində oynaqlara yığılan duzları təmizləyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yayın ən sevilən meyvəsi təhlükə mənbəyinə çevrilə bilər - Müsahibə
-
Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - (Video)
-
Əkizlər,Tərəzi və Xərçəng bürclərini çətin sınaqlar gözləyir
-
Balın xarlaması onun saxta olması demək deyilmiş
-
Pəncərələri bu saatlarda silməyin: İz buraxmayan təmizlik üçün məsləhətlər
-
Avtomobil təkərləri niyə məhz qara rəngdədir?
XƏBƏR LENTİ
-
İran ABŞ-yə və mənə böyük hörmət göstərir
-
ABŞ İŞİD liderini məhv etdi
-
“Neftçi”dən yay transferi - Qvadelupalı müdafiəçi ilə 2 illik müqavilə
-
Ukrayna vətəndaşları İrandan geri gətirildi - 4 dənizçi azad edilib
-
Bakıda saxlanılan Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verilib
-
İrandan Azərbaycana 41 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alındı
-
Ceyhun Bayramov Polşaya səfərə yola düşüb
-
“Qanunda olmayan tələb irəli sürülür” - Orxan Əli
-
Hüseyn Quliyevə hökm oxundu
-
“Meta”dan yeni addım - Zukerberq mərc tətbiqi hazırlayır
-
Fərhad Mehdiyevin sözlərinə TƏBİB-dən cavab gəldi - Yenilənib
-
ABB kartı olanlar diqqət: Vəsaitlər silinir - (Foto)
-
Həbsxanadakı məhkumun gizli silahı Nərimanovda tapıldı
-
Fransa millisinin baş məşqçisinin anası öldü - DÇ-ni qoyub ölkəsinə qayıtdı
-
Şənbə günü daha həyəcanlı olacaq - Rafael Fiziyev
-
Dünya çempionatındakı yeni qaydanın səbəbi məlum oldu
-
Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək
-
Hamburqda AZAL-a məxsus ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib - (Foto)
-
Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq
-
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
-
Yayın ən sevilən meyvəsi təhlükə mənbəyinə çevrilə bilər - Müsahibə
-
Fransada anomal istilər: 68 minə yaxın ev işıqsız qaldı
-
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb





