Hökmdarların ağlasığmaz ölüm anları - HEYRƏTAMİZDİR - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya tarixinin ən nəhəng hökmdarlarının qəribə taleləri və bəzən çox mənasız ölüm səbəbləri olub.
Milli.Az onların bir neçəsinin tarixçəsini təqdim edir:
Özünə gor qazan hökmdar
İspan kralı III Filip səliqə-səhmanı çox sevirdi. Tədricən ölkənin xarici siyasətini zəiflədən kral dəbdəbəli həyata üstünlük verirdi. Ölkəsini ərəb mənşəli ispanlardan və qaraçılardan təmizləmək üçün əhalinin böyük hissəsini sürgünə göndərir, edam etdirirdi. Məişət qaydalarında da yeniliklər edən III Filip yüksək zümrədən olan şəxslərlə bağlı bir sıra qanunlar qəbul etmişdi. Kralın qanunlarına əsasən zadəganlar özlərinə hətta şərab süzə bilməzdilər. Bu vəzifələri icra edən xüsusi nökərlər vardı.
Günlərin bir günü Filip sobanın yanındakı kətildə yuxuya dalır. Kətil sobanın istisindən alışıb-yanmağa başlayır. Saray əyyanları kralın kətilinə toxunmaq icazəsi olan yeganə qulluqçunu axtarıb-tapanadək otaq alovlanır, kral da yanaraq, dünyasını dəyişir.
Ehtiyatsız kral
Fransız kralı VIII Karl da öz mənasız ölümü ilə adını tarixin yaddaşına yazıb. 13 yaşında ikən taxta əyləşən Karl dövlət idarəçiliyində daim böyük bacısı Annanın məshələtlərindən yararalanırdı. Bacısı lazım biləndə, qonşu dövlətlərlə müharibəyə başlayır, etiraz edəndə isə geri çəkilirdi. O, həmçinin öz ehtiyatsızlığı ilə də məşhur olub. Artıq 30 yaşına çatan kral təsadüfən qapının tini ilə toqquşaraq, komaya düşür. Bir neçə gündən sonra isə dünyasını dəyişir. Ətrafında hər kəsin taun kimi xəstəliklərdən öldüyü bir dövrdə kralın sadə səbəbdən dünyasını dəyişməsi hər kəsi məyus edir.
Qansız Vaşinqton
Amerikanınilk prezidenti Corc Vaşınqton 67 yaşında belə kifayət qədər sağlam və gənc görünürdü. Bir gün prezident hazırda mütəmadi yoluxduğumuz qripə yaxalanır. Xəstəlik haqda kifayət qədər məlumat olmadığından həkimlər o dövrün ən məşhur müalicə üsulunu sınaqdan keçirdirlər. Növbə ilə prezidəntdən qan alıb, sağalmağını gözləyirlər. Sonda isə Vaşinqton qansızlıqdan dünyasını dəyişir. Bəlkə də cəmi iki gün gözləsəydilər, mərhum biraz asqırıb, azca da öskürüb, sağala bilərdi.
Gülməkdən ölən kral
Elə bilməyin ki, tarixdəki bütün hökmdarlar zəhmli və qəddar olublar. Məsələn, Araqon kralı Martin ən şən hökmdar kimi tanınıb. Günlərin bir günü bütöv qızarmış qaz əti yeyən Martinin hüzuruna təlxəyi gətirirlər. Təlxəyin adi, hətta mənasız zarafatına ürəkdən gülən kralın dolu mədəsi dözmür. Yerindəcə keçinir. Etiraf edək ki, gülə-gülə dünyadan köçmək hər kəsə nəsib olmur. (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu həftə ən çox qazanacaq bürclər
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
XƏBƏR LENTİ
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub





