Maraqlı

Hitlerin imzalı kitabını kim alacaq? - FOTO

11 Aprel 2011 20:32
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, faşist Almaniyasının füreri Adolf Hitlerin "Mənim mübarizəm" ("Mein Kampf ") kitabı Böyük Britaniyada keçirilmiş hərracda 30 min funt-sterlinqə satışa çıxarılacaq. Bu məbləğ kitabın ilkin qiyməti olduğundan, Hitlerin imzası olan və buna görə nadir nüsxə sayılan kitabın dəfələrlə baha qiymətə satılacağı gözlənilir.

Almaniyanın Landsberq şəhər həbsxanasında 1925-ci ildə yazılmış kitabın ilk nəşri cəmi 500 nüsxə olub.

Faşist Almaniyasının feldmarşalı German Gerinqə məxsus olduğu vurğulanan həmin kitab çox nadir nüsxə hesab olunur.
Kitabın xüsusi perqament bağlaması var və nömrəsi də 19-dur.
Kitabın satışa çıxarıldığı "Mullcoks" hərrac evinin eksperti Riçard Vestvud Bruksun dediyinə görə, kitabda Hitlerin imzası olduğundan, onun satış dəyəri dəfələrlə artıb.

Milli.Az











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.