Maraqlı

Toyda gəlinin gizlincə içki içməsi QINANILDI - VİDEO

8 Fevral 2026 11:55
Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə toy mərasimlərinin birindən yayılan görüntü geniş müzakirələr yaradıb.

Milli.Az xəbər verir ki, videoda gəlinin toy zamanı oturduğu masada əyilərək ətrafdakılardan gizlin şəkildə spirtli içki qəbul etdiyi anlar əks olunub.

Qısa zamanda yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər gəlinin bu hərəkətini toy adət-ənənələrinə zidd hesab edərək qınayıb, digərləri isə bunun şəxsi seçim olduğunu bildirərək məsələyə daha anlayışla yanaşıb.

Müzakirələrdə xüsusilə toy mərasimlərində davranış qaydaları, ictimai qınaq və şəxsi azadlıqlar mövzuları ön plana çıxıb. Görüntünün hansı toyda və nə vaxt çəkildiyi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, son zamanlar toy mərasimlərindən yayılan bu tip görüntülər sosial şəbəkələrdə tez-tez gündəm olur və müxtəlif fikirlərin toqquşmasına səbəb olur.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.