Sosial şəbəkələrdə toy mərasimlərinin birindən yayılan görüntü geniş müzakirələr yaradıb.
Milli.Az xəbər verir ki, videoda gəlinin toy zamanı oturduğu masada əyilərək ətrafdakılardan gizlin şəkildə spirtli içki qəbul etdiyi anlar əks olunub.
Qısa zamanda yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər gəlinin bu hərəkətini toy adət-ənənələrinə zidd hesab edərək qınayıb, digərləri isə bunun şəxsi seçim olduğunu bildirərək məsələyə daha anlayışla yanaşıb.
Müzakirələrdə xüsusilə toy mərasimlərində davranış qaydaları, ictimai qınaq və şəxsi azadlıqlar mövzuları ön plana çıxıb. Görüntünün hansı toyda və nə vaxt çəkildiyi ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, son zamanlar toy mərasimlərindən yayılan bu tip görüntülər sosial şəbəkələrdə tez-tez gündəm olur və müxtəlif fikirlərin toqquşmasına səbəb olur.
Musa
Milli.Az