Maraqlı

Dünyanın ən sakit yeri adlandırılan şəhər: Nə ilə məşhurdur?

25 İyul 2025 01:01
Baxış: 1 192
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yeni Zelandiyada, saf Vakatipu gölünün suları ilə ucalan Cənub Alpları arasında yerləşən Kvinstaun şəhəri öz gözəlliyi və sakitliyi ilə seçilir.

Milli.Az xəbər verir ki, "Daily Express"in məlumatına görə, bu cazibədar şəhər "TravelBag" tərəfindən dünyanın ən sakit yeri elan edilib. Kvinstaun ziyarətçilərə ilkin təbiət gözəlliklərini təqdim edir və insanları həyat ritmini yavaşlatmağa, texnologiyadan uzaqlaşaraq təbiətlə vəhdətə çağırır.

Maraqlıdır ki, Kvinstaun təmizliyə görə 91,7 bal, yaşıllıqların keyfiyyəti üzrə isə 94,4 bal toplayaraq digər istiqamətləri geridə qoyub.

Turizm mütəxəssisləri səs-küy və işıq çirkliliyi səviyyəsi, ətraf mühitin təmizliyi və yaşıllıqların keyfiyyəti kimi əsas göstəriciləri izləyərək 26 istiqaməti təhlil ediblər və nəticədə Kvinstaun birinci yerdə qərarlaşıb.

Şəhərin yollarında tıxacların az olması və işıq çirkliliyinin çox aşağı səviyyədə olması onu ulduzları izləmək üçün ideal məkana çevirir.

Məqalədə vurğulanır: "Kvinstaun ilboyu səyahət üçün əla məkandır. Qış aylarında burada əla xizək yamacları və rahat restoranlar mövcuddur, yayda isə şəhər günəşli bir nağıl diyarına çevrilir - çoxsaylı piyada və velosiped marşrutları, eləcə də çimmək üçün gözəl yerlər mövcuddur".

Macəra həvəskarları üçün burda bancı-camp tullanışları, zip-line və paraşütlə uçuş imkanları təqdim olunur. Daha sakit istirahət axtaranlar isə Alplara açılan mənzərəli isti hovuzlarda, spa salonlarda və sağlamlıq mərkəzlərində dincələ bilərlər.

Ekspertlər əlavə edirlər: "Əgər siz qış istirahəti planlaşdırırsınızsa, ən yaxşı dövr iyun-avqust aylarıdır, yay səyahəti üçünsə dekabr-fevral arası tövsiyə olunur"./Qaynarinfo 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.