Maraqlı

Günəşə də yağış yağırmış... - VİDEO

31 May 2025 18:10
Baxış: 1 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər ilk dəfə Günəşin üst qatında - koronasında "yağışa bənzər" plazma axınlarını müşahidə ediblər.

Milli.Az-ın verdiyi məlumata görə, bu qeyri-adi görüntülər ABŞ-dəkı "Big Bear" Günəş Rəsədxanasında yerləşən "Goode" Günəş Teleskopu (GST) vasitəsilə qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, koronal plazma yağıntısı Günəşin nəhəng atmosfer qatlarında baş verən kondensasiyalar nəticəsində yaranır və bu, plazmanın soyuyaraq ulduzun səthinə doğru axması ilə müşayiət olunur.

Yeni adaptiv optik sistem sayəsində teleskop Yer atmosferinin yaratdığı maneələri kompensasiya edərək, indiyədək mümkün olmayan dərəcədə dəqiq görüntülər təqdim edib. Bu texnologiya vasitəsilə alimlər Günəş koronasının ən incə strukturlarını - 63 kilometr ölçüsündə detalları - aydın şəkildə görməyə nail olublar.

Günəşin korona təbəqəsi hələ də elm üçün ən böyük sirrlərdən biri olaraq qalır. Onun temperaturu ulduzun səthindən yüzlərlə dəfə yüksəkdir. Bu yeni müşahidə isə korona ilə bağlı daha dərin anlayış əldə etməkdə mühüm addım hesab olunur. /Oxu.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.