Maraqlı

Bəy toydan iki gün sonra öldü

18 Oktyabr 2024 17:50
Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə ölümcül xəstəliyə düçar olan kişi xəstəxana otağında evlənib. Lakin iki gün sonra ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bəy 51 yaşlı Mayk və gəlini 38 yaşlı Lara 11 il əvvəl tanış olublar. Qadının sözlərinə görə, 2020-ci ildə evlənmək istəsələr də, koronavirus mane olub. Ancaq daim evlənəcəkləri vaxtı düşünüblər.

Mayk ilin əvvəlindən nəfəs darlığından əziyyət çəkib. May ayında ona pnevmoskleroz diaqnozu qoyulub, bu xəstəlikdə ağciyər toxuması birləşdirici toxuma ilə əvəz olunur. Pnevmosklerozlu insanlar iki ildən beş ilədək, bəzən daha uzun yaşayırlar, lakin Maykın bəxti gətirməyib. Avqust ayında onun vəziyyəti xeyli pisləşib. O, üç həftə xəstəxanada yatıb və evə buraxılanda pilləkənləri çətinliklə qalxa bilib. Bir həftə sonra yenidən xəstəxanaya yerləşdirilib.

Xəstəxana keşişi ilə söhbət etdikdən sonra Mayk və Lara vaxt itirməməyə, ən qısa zamanda evlənməyə qərar veriblər. Gəlinin hər şeyi təşkil etmək üçün 24 saat vaxtı olub və o, bunu bacarıb.

Cütlüyün evliliyi həm möhtəşəm, həm də üzücü olub. Belə ki, Mayk iki gün sonra dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.