Maraqlı

Bahalı maşın almağa getdi, pulla dolu çantanı qatarda UNUTDU

16 İyun 2023 07:15
Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobil almaq istəyən rusun arzusu ürəyində qalıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, buna səbəb onun metropoliten qatarında 6 milyon rubla yaxın pul olan çantasını unutması olub.

Belə ki, həmin şəxs Moskvaya işləmək üçün gəlib, eyni zamanda külli miqdarda nağd pul ələ keçirib. O, "Audi Q7" avtomobili almağı planlaşdırıb. O, ictimai nəqliyyatdan istifadə edərək avtosalonlara gedib. Amma istədiyi vağzala çatana yaxın yuxuya gedib. Buna görə də tələsik vaqondan tullanmalı olub. Amma pul olan çantasını qatarda unudub. Hazırda beş milyon yarım rublun harada olduğu məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.